Gürcüstanda taksidə siqaret çəkmək qadağan edilir.
Bundan əlavə, yetkinlik yaşına çatmayanları daşıyan avtomobillərdə də siqaret çəkmək qadağan ediləcək.
Tütün çəkmə qadağası kater kimi nəqliyyat vasitələrinə də şamil ediləcək.
Qeyd olunur ki, “Tütünlə mübarizə haqqında” qanun layihəsi tam hazırdır və növbəti iclasda Gürcüstan parlamentinə təqdim olunacaq.
Bu istiqamətdə inzibati cərimələr tətbiq edilməsi də nəzərdə tutulub.
Belə ki, taksi xidməti göstərən sürücü siqaret çəkmə qadağasına əməl etmədiyinə görə 200 lari(109 manat) məbləğində cərimə odəməli olacaq.
Qanun pozuntusu təkrar qeydə alınarsa cərimənin ikiqat artırılması da nəzərdə tutulur.
Mənbə: “Qruziya-Onlayn”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.