AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Sevinc Osmanqızı erməni olduğunu öz dili ilə etiraf etdi!” – FOTO

  • + A
  • - A
  • 8-12-2021, 23:48


    İlham Məmmədov:
    Deputat


    Məqsədi milli dövlətçiliyimizi çökdürmək olan erməni kökənli Sevinc Osmanqızının iyrənc maskası düşdü. O, erməni olduğunu öz dili ilə etiraf etdi!

    Canlı bağlantı zamanı səsləndirilən “Kaş ki, Paşinyan bizim prezidentimiz olaydı” fikrini dəstəkləyən Sevinc Osmanqızı “Kaş ki…” deməklə səsləndirən fikri təsdiq edib.


    Azərbaycanla müharibə apararaq məğlub olmuş bir ölkənin başçısını özünə rəhbər arzulayan Sevinc Osmanqızı şübhəsizdir ki, ermənidir və öz kökündən olan Paşinyanı prezidenti kimi görmək istəyir. Düşməni daha üstün göstərməklə Sevinc Osmanqızı Azərbaycan xalqını və şəhidlərimizi aşağılayır. Milli maraqlara bu formada əks getmək, 44 günlük vətən müharibəsində dalana çevirilmiş bir ölkənin və cənab prezidentin qarşısında diz çökən Ermənistan baş naziri Nikol Paşinyanı Azərbaycanın prezidenti olmasını arzulamaq ləyaqətsizlikdir!

    Sevinc Osmanqızının bu mövqeyi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun 44 gün ərzində 30 illik erməni işğalına son qoymasına paxıllıqla yanaşdığının bariz nümunəsidir. Ölkəmizdə milli dövlətçiliyin məhv olması uğrunda mübarizə aparan Sevinc Osmanqızı kimi ləyaqətsizləri, maska arxasında gizlənən düşmənləri öz mənfur niyyətlərinə çatmağa imkan vermək olmaz. Onlara qarşı mübarizə kəskin və ümumxalq səviyyəsində olmalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR