AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sevinc Osmanqızı ermənilərə bu cür dəstək verdi

  • + A
  • - A
  • 26-07-2020, 12:00

    Sevinc Osmanqızı ermənilərə bu cür dəstək verdiErmənistan silahlı qüvvələrinin son günlər cəbhədə və Azərbaycanla sərhəddə gərginliyi daha da artırdığı, təxribatlar törətdiyi, ermənilərin dünyanın bir sıra ölkələrində həmvətənlərimizə qarşı hücumlar təşkil etdiyi bir vaxtda azərbaycanlı jurnalist Sevinc Osmanqızı düşməni müdafiə edən fikirlər səsləndirib.

    AzadMedia.az Report-a istinadən xəbər verir ki, soydaşlarımızı əli on minlərlə azərbaycanlının qanına batmış erməni terrorçularına qarşı sivil mübarizə aparmağa çağıran Sevinc Osmanqızı sözün həqiqi və məcazi mənasında düşmən dəyirmanına su töküb.

    O iddia edib ki, guya bu gün sivil qarşıdurmanı pozan Azərbaycan tərəfidir. “Bu qarşıdurmanı təşkil edən Azərbaycan tərəfidir”, - deyən S.Osmanqızının Azərbaycan xalqı, dövləti əleyhinə səsləndirdiyi fikirlər ermənilərin çoxdan axtardıqları bəhanələrdir. Bəli, düşmən çoxdandır bizim hansısa birimizin dilindən bu sözləri axtarırdı ki, ondan istifadə edərək, “baxın, azərbaycanlılar özləri öz əməllərini ifşa edirlər”, - desinlər.

    “Onlar (xaricdə yaşayan azərbaycanlılar - red.) nəyə görə səfirliyin müdafiəsinə qalxmalıdırlar?” - sualını verən jurnalist ermənilərin üzərində ASALA terror təşkilatının adı olan paltarlar geyinən ermənilərin Azərbaycanın xaricdəki diplomatik konsulluqlarının binalarına təşkil etdiyi hücumları “görmürmü”? Olmaya ermənilərin küçələrdə döyüb xəsarət yetirdikləri soydaşlarımızın axan qanını, yaralarını da görmür? “Mən yenə də davanı kimin başlaması məsələsinə girməyəcəm. Bunu ayırd etmək çətin məsələdir və əhəmiyyətli məsələ də deyil”, - deyən Osmanqızı əlavə edir: “Bu, Azərbaycanın milli maraqlarının müdafiəsi deyil”. Və Sevinc Osmanqızı bununla da özü barəsində tam, dolğun, əslində əvvəllər də mövcud olan xoşagəlməz imic haqqında aydın təsəvvür formalaşdırdı.

    Deyəsən Osmanqızı iyulun 12-dən 16-dək sərhəddə gedən döyüşlərdə erməni təxribatının qurbanı olan şəhidləri də unudub... Bütün bunlar bir yana, belə çıxır Sevinc Osmanqızı atası Osman Mirzəyevin ermənilərin əli ilə şəhid olmasını da “unudub”.

    Yoxsa atasının qatili olan erməniləri bu qədər can-başla müdafiə etməzdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR