Fransa Prezidenti 10 erməninin təhvil verilməsini alqışladı
Fransa Prezidenti Emmanuel Makron Azərbaycanın Avropa İttifaqının (Aİ) təşəbbüsü ilə daha 10 ermənini qarşı tərəfə təhvil verməsini alqışlayıb.
Azadmedia.az Report-a istinadən xəbər verir ki, bu barədə Fransa lideri tviter hesabında paylaşım edib.
Paylaşımda deyilir:
“On erməni əsgəri azad edildi. Mən Avropa İttifaqının həlledici addımını alqışlamaq istəyirəm, onun köməyi ilə biz Azərbaycan və Ermənistan arasında sülhə aparan bu dialoq yolunu davam etdirəcəyik. Biz irəli gedirik”.
Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 14 dekabr 2021-ci il tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın üçtərəfli görüşünün, habelə Azərbaycan Respublikası Prezidenti ilə Avropa İttifaqı Şurasının Prezidenti arasında keçirilmiş ikitərəfli görüşün nəticəsi olaraq, humanizm prinsiplərinə sadiqliyinin təzahürü kimi Azərbaycan 19 dekabr 2021-ci ildə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR