Gürcüstan Ordusunun Baş Qərargahının keçmiş rəisi Almaniyada saxlanılıb
Gürcüstan Ordusunun Baş Qərargahının keçmiş rəisi general Georgi Kalandadze Almaniyada saxlanılıb.
Azadmedia.az Report-a istinadən xəbər verir ki, general Gürcüstan hakimiyyətinin tələbi əsasında Berlində tutulub.
G. Kalandadze 2012-ci il oktyabrın 8-dən noyabrın 11-dək Gürcüstanın Baş Qərargahına rəhbərlik edib, onu bu vəzifəyə ölkənin keçmiş prezidenti Mixail Saakaşvili təyin edib.
Onun saxlanmanın səbəbi hələlik məlum deyil. Lakin G. Kalandadzeyə qarşı 2012-ci ildə Gürcüstanda vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə cinayət işi açılıb. Kalandadze özü də son illər Ukraynada işləyir. O, kiçik bir qrup gürcü əsgəri ilə birlikdə 2014-cü ilin yayında Ukraynaya gəlib.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR