“Təlim günü küləyin sürəti, hava məlumatları öyrənilib. İstintaq sənədləri də göstərir ki, həmin gün ərazidə küləyin sürəti saniyədə 16-17 metr təşkil edib. Küləyin sürəti qadağan edici həcmdə olmayıb".
Bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı yaradılan İstintaq qrupunun rəhbəri, ədliyyə müşaviri Sənan Paşayev deyib.
O bildirib ki, helikopterin marşrutu üzrə hərəkətində qanun pozuntusu olmayıb: "Sadəcə pilotlar küləyə qarşı eniş etməli idilər. Pilotlar eniş əməliyyatını istehsalçı zavodun təlimatlarına əsasən aparmayıb. Belə ki, pilotlar küləyin axını istiqamətində olan zaman enmə əməliyyatını hərəkətə keçirdikləri üçün qəza baş verib. Enmə əməliyyatı başqa istiqamətdə olsa idi, qəza olmayacaqdı".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.