Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ilin sonuna kimi daha bir görüş keçirilə bilər.
AzadMedia.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Past” qəzeti yayıb.
Görüşün Rusiyada keçiriləcəyi təxmin olunur.
“İlham Əliyev və Nikol Paşinyanın Brüssel görüşü bu il keçirilən sonuncu görüş olmaya bilər. XİN-dəki mənbəmizin verdiyi məlumata görə, Azərbaycan və Ermənistan liderləri bu il daha bir görüş keçirəcəklər və bu, Rusiyada baş tutacaq”, - deyə məlumatda qeyd olunub.
Qəzet, həmçinin yazır ki, ilkin məlumata görə, növbəti görüş geniş tərkibdə keçiriləcək. Belə ki, görüşdə ölkə liderləri ilə yanaşı, üçtərəfli komissiyanın üzvləri – Baş nazirlərin müavinləri Şahin Mustafayev, Aleksey Overçuk, Mqer Qriqoryan, müdafiə və xarici işlər nazirləri də iştirak edəcəklər.
Bildirilir ki, görüş barədə hələ ki, rəsmi xəbər olmasa da, bu barədə görüşdən bir-iki gün əvvəl məlumat veriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.