AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

12 imamla bağlı klipə görə məktəb rəhbəri cəzalandırılıb

  • + A
  • - A
  • 21-12-2021, 12:31


    Təhsil naziri Emin Əmrullayev məktəbdə dini klipin çəkilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

    AzadMedia.az xəbər verir ki, nazir bu gün keçirdiyi brifinqdə bu barədə məlumatlı olduğunu, məsələnin araşdırıldığını bildirib:

    “Məktəbdə mövzulardan asılı olmayaraq klip çəkilişi üçün yer olmamalıdır. Kimsə məktəbdə maarifləndirmə ilə bağlı serial çəkirsə belə, nazirlikdən icazə alınmalıdır. Biz araşdırmışıq ki, həmin dini klip iş günü olmayan gündə çəkilib. Bizdən icazə alınmayıb. Valideynlər də bu prosesdə iştirak ediblər. Artıq məktəb rəhbəri müvafiq qaydada cəzalandırılıb”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR