Gələn həftə Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası keçiriləcək.
AzadMedia.az xəbər verir ki, yanvarın 1-dən deputatlar tətilə çıxacaq.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır.
Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.