Rusiyada hərbçilər təbii fəlakət nəticəsində həlak olublar.
AzadMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Osetiyada iki rus hərbçisi qar uçqununun altında qalıb. Nəticədə hər iki şəxs həlak olub.
Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafyev bildirib ki, dairənin 5 hərbi qulluqçusu Zaqafqaziya Dəmir Yolu portalının cənub tərəfində qar uçqunu altında qalıb.
3 hərbçiyə ilkin tibbi yardım göstərilib. Digər ikisinin isə axtarışları aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.