AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADAU-da maaşlar artırıldı

  • + A
  • - A
  • 24-12-2021, 21:56

    ADAU-da maaşlar artırıldı

    24 dekabr tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Elmi Şurasının növbəti iclası keçirilib.

    İclasın gündəliyinə keçməzdən əvvəl Elmi Şuranın sədri, rektor İbrahim Cəfərov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi olmasını qeyd etdi, şura üzvləri adından təbrik məktubu imzalandı.

    Sonra gündəlikdə duran məsələlərdən Torpaqşünaslıq və aqrokimya fakültəsinin 2021-ci il üzrə fəaliyyəti barədə fakültə dekanının hesabatı və həmin fakültənin fəaliyyətini yoxlama komissiyasının arayışı dinlənilib.

    Həmçinin, Elmi Şuranın qərarı ilə 2022-ci il 01 yanvar tarixindən universitetin aylıq vəzifə maaşları 300 manatadək (300 də daxil olmaqla) olanlar 25%, 300 manatdan çox vəzifə maaşlarının 20% artırılması barədə qərar qəbul olunub..


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR