AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan hərbçilərinin torpaqlarımızda kütləvi mina basdırmasına beynəlxalq hüquqi qiymət verilməlidir - VİDEO

  • + A
  • - A
  • 26-12-2021, 13:00

    Ermənistan hərbçilərinin torpaqlarımızda kütləvi mina basdırmasına beynəlxalq hüquqi qiymət verilməlidir - VİDEO

    Bu gün ölkəmizdə müxtəlif sahələrdə fəaliyyət göstərən 150-dən artıq QHT rəhbəri Cəbrayıla səfər edib. Bundan öncə isə QHT rəhbərlərinin işğaldan azad olunmuş digər ərazilərə səfərləri təşkil edilib. Səfərin məqsədi 30 il ərzində işğal altında qalan torpaqlarımızda ermənilərin törətdikləri vəhşilikləri QHT nümayəndələrinin yerində görməsidir.

    Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev deyib.

    Nümayəndə heyətinin yol boyu azad olunan torpaqlarda həyata keçirilən quruculuq, tikinti-bərpa işlərini də gördüklərini vurğulayan V.Quliyev qeyd edib ki, QHT-lərin bu prosesə ictimai dəstək verməsi vacibdir.

    "Bizi narahat edən problemlərdən biri də mina məsələsidir. QHT rəhbərləri düşünürlər ki, bununla bağlı beynəlxalq təşkilatlara çağırışlar davam etdirilməlidir. Ermənistan hərbçiləri tərəfindən torpaqlarımızda kütləvi mina basdırılmasına, bunun nəticəsində insanların həlak olması məsələsinə beynəlxalq hüquqi qiymət verilməlidir”, - deyə V.Quliyev əlavə edib .

    Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən QHT rəhbərlərinin bu gün Cəbrayıl rayonuna səfəri təşkil olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR