AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müşfiq Ələsgərli: “Qarabağ torpaqları əbədilik bizimdir” - MÜSAHİBƏ

  • + A
  • - A
  • 28-12-2021, 18:13



    Mətbuat Şurasının sədr müavini
    Müşfiq Ələsgərli


    27 dekabr 2021-ci il tarixdə, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) təşkilatçılığı ilə Azərbaycan media nümayəndələrinin Şuşaya səfəri təşkil olunub. Şuşaya reallaşan səfərdə müxtəlif televiziya, xəbər saytlarının nümayəndələri iştirak edib.

    Azadmedia.az-a Şuşa ilə bağlı təəssüratlarını bölüşən Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki, “Təəssüratım çox yüksəkdir, ilk dəfədir ki, Şuşada oluram. Onun böyük həyəcan hissi var, buraya gələndə duyğular qarışır bir-birinə. Bir tərəfdən sevinirik ki, doğma torpağımızdayıq. 30illik həsrətdən sonra torpaqlarımızı işğaldan azad etmişik və burdayıq. Bir tərəfdən də, bu torpaqların hər qarışında qəhrəman Azərbaycan oğullarının qanı tökülüb. Şəhidlərimizi rəhmətlə yad edirik. Allah dövlətimizə qüdrət versin, Prezidentimizə möhkəm can sağlığı versin. Bu torpaqlar da inşaallah, əbədilik bizimdir. O duyğularla yaşayırıq.. Bu gün, Erməni vandallarının şəhərə vurduqları ziyanı hər bir küçədə, evdə görmək mümkündür. Buna baxmayaraq, şəhərin baş planına uyğun olaraq, şəhərdə bərpa və yenidən qurma işləri tam gücü ilə davam edir, tarixi abidələr bərpa olunur, yararsız vəziyyətə düşən ərazilər yenidən qurulur. Bölgədə çox intensiv iş gedir, infrastruktur qurulur.”


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR