Azərbaycanlı kriminal avtoritet Nazir Əliyev qətlə yetirilib.
Bu barədə məlumatı “Dumskaya” nəşri yayıb. Hadisə dekabrın 28-i Ukraynanın Odessa şəhərində, “Arena” adlı bilyard klubunda baş verib.
Məlumata görə, Şöhrəddin Quliyev adlı Azərbaycan vətəndaşı Nazir Əliyevə atəş açaraq onu qətlə yetirib. Ş. Quliyev şübhəli şəxs qismində saxlanılıb.
Qeyd olunur ki, Nazir Əliyev “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) əhatəsində olan şəxslərdəndir. Nazir Əliyevin Lotu Quli qətlə yetirilərkən yanında olduğu da deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.