AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vergi borcu olan GÖHƏR MTK-dan şikayət var - DETALLAR

  • + A
  • - A
  • 29-12-2021, 15:58


    912000 manat vergi borcu olan “GÖHƏR” Mənzil-Tikinti Kooperativi “Kommunal xidmətlər göstərilməsinə” dair müqavilə bağlamaqdan imtina etdiyi üçün vətəndaşın mülkiyyətində olan 2 mənzilin elektrik enerjisini qeyri-qanuni olaraq dayandırıb.

    Kooperativin hazırkı məsul nümayəndəsi və təsisçisi Eldar Rzayev adlı şəxsdir.

    Qüvvədə olan Azərbaycan Respublilasının Mənzil Məcəlləsinin 109-cu maddəsinin tələbindən məlumdur ki, MTK –lar binanın inşasını başa çatdırdıqdan sonra və orada olan mənzillərin əlli faizindən çoxuna mülkiyyət hüququ mənzil mülkiyyətçilərinə (yəni mənzil sahibinə) keçdikdən sonra bir ay müddətində MTK ləğv edərək sakinlərə təhvil verib binanı tərk etməlidir. Bundan sonra sakinlər öz könüllü birliklərini yaradıb binalarını ya özləri idarə etməlidir və ya bu sahədə ixtisaslaşmış, maddi texniki bazası olan peşəkar şirkətlərə müqavilə qarşılğında həvalə etməlidirlər.

    Bu tələbləri yerinə yetirməyən MTK-lar sakinlərin mənzil hüquqlarını və eyni zamanda ölkə qanunverciliyini pozaraq qeyri-qanuni fəaliyyətlə məşğul olmuş sayılır.

    Azərbaycan Respublikasının İXM-in 393-1.6-cı maddəsinə əsasəb “Çoxmənzilli binanın sahə mülkiyyətçilərinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən olunmuş qaydada binanın idarə edilməsi üsulunun seçilməsində maneçilik törədilməsinə görə vəzifəli şəxslər üç yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

    Bundan başqa MTK-ların fəaliyyətində ən çox narazılıq yaradan məqamlardan biri də qaz və elektrik sayğacalarının maya dəyərindən dəfələrlə artıq məbləğdə vətəndaşlara satılmasıdır, daha doğrusu vətəndaşları belə bir məcburiyyətə məhkum etməkdir.

    Təsadüfi deyil ki, Azəriqaz İB sədri cənab Ruslan Aliyev bir müddət öncəki açıqlamasında sözügedən məsələ ilə bağlı qeyd edərək bildirmişdir ki, “47 manat dəyəri olan qaz sayğacları üçün bir sıra mənzil-tikinti kooperativlərinin (MTK) mənzil sahiblərindən 500 manat istəməsi qeyri-qanunidir”.

    Nəzərinizə çatdırım ki, apardığım araşdırmaya əsasən qeyd olunan hal “GÖHƏR” MTK-ın qanunsuz fəaliyyətinə də şamildir. Ağlasığmaz durumdur ki, MTK tərəfindən tikilib təhvil verilən bina(lar)ın sakinlərinə eyni qaydada elektrik sayğacları dəyərindən dəfələrlə artıq məbləğə, daha dəqiq desəm 3000 manata satılıb.

    Sadalananların nəhayətində maraqlı və qəribə durumdur ki, Dövlət Vergi Xidməti barəsində söz açdığım MTK-ın “xüsusilə külli miqdarda vergidən yayınmasına” görə bu günə qədər cinayət hüququ qaydasında məsuliyyət tədbirləri həyata keçirməyib.

    Azərbaycan Respublikasının Cinayət Məcəlləsi-nin 213.3-cü maddəsinə görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

    Həmçinin İXM-nin 279-cu maddəsinə əsasən qaz, elektrik və ya istilik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın, elektrik və ya istilik enerjisinin verilməsinin dayandırılmasına görə-
    fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.

    İctimai vəkil Samir Zeynalov //reportyor.info//


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR