AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazir Ceyhun Bayramov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı ilə görüşüb

  • + A
  • - A
  • 29-12-2021, 17:26


    XİN-dən Azadmedia.az-a verilən məlumata görə, 29 dekabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahit Bağcını qəbul edib.

    Tərəflər iki ölkə arasında ən yüksək səviyyədə inkişaf edən qarşılıqlı əməkdaşlıq və müttəfiqlik münasibətlərinin gündəliyi üzrə fikir mübadiləsi aparıblar.

    2021-ci ilin hər iki dövlət üçün həm ikitərəfli münasibətlərin inkişafı baxımından, həm də regional və qlobal müstəvilərdə olduqca zəngin və diplomatiya ağırlıqlı bir il olduğu qeyd edilib, qarşıdan gələn ildə bu münasibətlərin daha da irəli aparılması üçün səylərin səfərbər ediləcəyi vurğulanıb.

    Səfir Cahit Bağcı gələn ilin mart ayında təşkil olunacaq Antalya Diplomatiya Forumuna dəvət məktubunu nazir Ceyhun Bayramova təqdim edib.

    Nazir Ceyhun Bayramov dəvətə görə təşəkkür edərək, birinci Forumun olduqca uğurlu bir platforma olduğunu bildirib və qarşıdan gələn tədbirdə məmnuniyyətlə iştirak edəcəyini söyləyib.

    Görüşdə tərəflər Azərbaycan və Türkiyənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı məsələlərini, həmçinin hər iki dövlətin təşəbbüsü və birgə iştirakı ilə həyata keçirilən layihələri, eləcə də 3+3 formatında bu yaxınlarda ilk görüşü baş tutan regional məsləhətləşmələr mexanizmi, üçtərəfli və dördtərəfli əməkdaşlıq platformalarının perspektivlərini müzakirə ediblər.

    Tərəflər, qarşıdan gələn 2022-ci il üzrə ən xoş arzularını bölüşüblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR