AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranda sel fəakəti: ölənlərin sayı artdı

  • + A
  • - A
  • 4-01-2022, 21:57



    İranın cənub əyalətlərində baş vermiş sel və daşqınlarda ölənlərin sayı 8 nəfərə qalxıb.

    Azadmedia.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.

    Belə ki, İran Prezidenti İbrahim Rəisi qərargah rəisi və energetika nazirinə qüvvələri birləşdirərək, zərərçəkənlərə yardım göstərilməsini tapşırıb.

    Hörmözqan, Sistan və Bəlucistanda insanlara yardım üçün proqram hazırlanıb.

    Fars, Sistan və Bəlucistan, Hörmüzqan və Kirman əyalətlərinin imkanlarını birləşdirmək üçün koordinasiyalı hərəkət edilir.

    Hazırda 8 ölənin olduğu dəqiqləşib, iki nəfər itkindir, 14 nəfər isə yaralanıb.

    Qeyd edək ki, İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Mehdi Vəlipur üç mindən çox insanın sığınacaqlara yerləşdirildiyini, 20 min nəfərə yardım göstərildiyini bildirmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR