Prokurorluq Ağstafa rayonunda qadının ərini qətlə yetirməsi barədə məlumat yayıb.
Rayon prokurorluğundan verilən məlumata görə, Ağstafa rayonu, Dağkəsəmən kənd sakini 1984-cü il təvəllüdlü Elvin Abdullayevin yaşadığı evdə öldürülməsi barədə yanvarın 4-ü saat 12 radələrində rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin arvadı 1985-ci il təvəllüdlü Aynur Abdullayevanın yanvarın 3-ü saat 05 radələrində birlikdə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı balta ilə Elvin Abdullayevin baş nahiyəsinə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Aynur Abdullayeva təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.