AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kinoteatrlarda homoseksual səhnələrin nümayişi qadağan olunacaq - Qanun hazırlanır

  • + A
  • - A
  • 6-01-2022, 10:22


    Rusiya Dövlət Dumasının Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin rəhbəri Nina Ostanina bildirib ki, deputatlar kinoteatrlarda homoseksual səhnələrin qadağan edilməsini nəzərdən keçirirlər. Müvafiq qanun layihəsini baxılmaq üçün komitəyə təqdim ediləcək.

    AzadMedia.az RİA Novosti-yə istinadən xəbər verir ki, deputat uşaqların informasiyadan qorunması haqqında qanunun nəzərəçarpacaq dərəcədə köhnəldiyini deyib. "Biz bu qanun layihəsinə dəyişiklik etmək niyyətindəyik. Bu, cinsi sapmalara, filmlərdəki homoseksual səhnələrə də aiddir " deyib.

    Plana uyğun olaraq layihə üzərində işlərə Yeni il bayramlarından sonra başlanacaq. "Hesab edirəm ki, indi bu qanunu qəbul etmək və ona dəyişiklik etmək bizim üçün şərəf məsələsidir. Mən bunu özüm etmək niyyətindəyəm "deyə Ostanina fikrini yekunlaşdırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR