AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vilayət Eyvazov məşhur polkovniki Bakıda DYP rəisi təyin etdi

  • + A
  • - A
  • 7-01-2022, 09:53


    Daxili İşlər Nazirliyində(DİN) növbəti kadr dəyişikliyi baş tutub.

    Azadmedia.az Manset.az-a istinadən bildirir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Rafiq məmmədov Qaradağ Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

    Xatırladaq ki, Qaradağ Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi, polis mayoru Vüqar Orucov bir neçə gün bundan əvvəl vəzifəsindən azad olunaraq Tovuz rayon 10 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsinin ("MERO") rəisi təyin edilib.

    Qeyd edək ki, Qaradağ Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsinə təyin edilən Rafiq Məmmədov uzun illərdir polis orqanlarında çalışır, o Gəncə Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, Suraxanı və Xəzər Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifələrində çalışıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR