AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

4 milyon manat özəl TV-lərin hesabına köçürüldü

  • + A
  • - A
  • 7-01-2022, 14:05


    Milli Televiziya və Radio Şurasına (MTRŞ) hesabat ilində illik plana əsasən Dövlət büdcəsindən 1.659.538,50 (Bir milyon altı yüz əlli doqquz min beş yüz otuz səkkiz manat əlli qəpik) vəsait ayrılıb.

    Bu, MTRŞ-nin 2021-ci il üzrə maliyyə hesabatında yer alıb.

    Qeyd olunub ki, 2021-ci il ərzində büdcədən maliyyələşdirilmiş vəsait 1.480.177,71 (bir milyon dörd yüz səksən min yüz yetmiş yeddi manat yetmiş bir qəpik) vəsait təyinatı üzrə istifadə olunub.

    "Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli sərəncamına əsasən Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarına “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına 4.000.000,00 (dörd milyon) manat vəsait ayrılıb və səkkiz özəl teleradio yayımçılarının hesabına köçürülüb", - hesabatda deyilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR