Sumqayıt şəhəri 4 saylı xəstəxandakı yanğından zərər çəkən vətəndaşlara maddi yardım olunacaq.
AzadMedia.az İTV-yə istinadən xəbər verir ki, Səhiyyə müəssisəsinin yanğın baş verən birinci mərtəbəsində məskunlaşan məcburi köçkünlər təmir başa çatanadək 300 manat kirayə pulu alacaqlar.
Bunu Qubadlı rayon icra hakimiyyətindən bildiriblər. Qurum eyni zamanda yanğından zərər çəkən ailələrə yataq dəstləri və mebel yardımı ediləcəyi vədini verib. Hazırda sakinlər çox az sayda qalan istifadəyə yararlı əşyalarını yanan mənzillərindən çıxarmaqla məşğuldurlar.
Bildirdiklərinə görə qadınlar, uşaqlar və yaşlılar gecəni qohum-əqrabalarının evlərində keçiriblər. Kişilər isə ərazidə əşyalara nəzarət üçün qalıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.