Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Qazaxıstanda baş verən hadisələr bütün KTMT ölkələri üçün gözlənilməz olub, lakin iştirakçı ölkələr çağırışa layiqli cavab veriblər. Bu sözləri Azadmedia.az RİA Novosti-yə istinadən xəbər verir.
“Bu, hamı üçün sürpriz oldu. Səhv etmirəmsə, bu həm Qazaxıstan tərəfi, həm də KTMT üçün sürpriz oldu. Rusiya Federasiyası üçün isə bu, gözlənilməz oldu ", - Kremlin sözçüsü bildirib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Qazaxıstanın öz dövlətçiliyi üçün təhlükə ilə üz-üzə qaldığını, o, həmçinin respublikada baş verənləri təcavüz aktı adlandırıb və buna dərhal reaksiya verilməsinin vacibliyini bildirib. Putin Qazaxıstanda iğtişaşlar zamanı “Maydan texnologiyalarından” istifadə edildiyini vurğulayıb
Tərcümə etdi:Elnurə
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.