Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib.
Azadmedia.az xəbər verir ki, Məcəllənin 164.1.51-ci maddəsində “2 il” sözləri “3 il” sözləri ilə əvəz edilib.
Dəyişikliyə əsasən, İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsinin əlavə dəyər vergisindən (ƏDV) azad edilmə müddəti 2023-cü ilin yanvarın 1-dək artırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.