AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Monteneqro parlamentinin sədri Azərbaycana səfərə gəlib

  • + A
  • - A
  • 16-01-2022, 23:12

    Monteneqro parlamentinin sədri Azərbaycana səfərə gəlib

    Yanvarın 16-da Monteneqro parlamentinin sədri Aleksa Beçiç ölkəmizə rəsmi səfərə gəlib.
    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azadmedia.az-a verilən məlumata görə Heydər Əliyev Beynəlxalq Hava limanında qonağı Milli Məclis sədrinin müavini Adil Əliyev, Monteneqro ilə parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədri İqbal Məmmədov, Monteneqronun Azərbaycandakı səfiri Perişa Kastratoviç və digər rəsmi şəxslər qarşılayıblar.

    Səfər çərçivəsində Monteneqro parlament sədrinin ölkənin dövlət rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.
    Hava limanında Aleksa Beçiç səfər barədə jurnalistlərin suallarını cavablandırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR