AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonu Mərkəzi Kitabxanasında “Qanlı Yanvar” adlı tədbir keçirilib

  • + A
  • - A
  • 17-01-2022, 09:22

    Masallı rayonu Mərkəzi Kitabxanasında “Qanlı Yanvar” adlı tədbir keçirilib

    Masallı rayonu Mərkəzi Kitabxanasında “Qanlı yanvar” adlı tədbir təşkil olunub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Yanvarın 14-də Masallı rayon Mərkəzi Kitabxanasında 20 Yanvar Ümumxalq hüzn günü ilə əlaqədar “Qanlı yanvar” adlı tədbir keçirilib.

    Belə ki, təbirdə Masallı rayon Tarix-Diyarşünaslq Muzeyinin və kitabxananın əməkdaşları iştirak ediblər. Mərkəzi Kitabxananın direktoru Əllhəddin Nəzərov bildirib ki, hər il yanvar ayının 20-si ölkəmizdə mili matəm günü kimi kimi qeyd edilir.1990-cı ilin Qanlı Yanvarı tariximizə həm faciə,həm də qəhrəmanlıq səhifəsi kimi yazılmışdır. 20 yanvar faciəsində xalqmızın yaşadığı müsibətlər nə qədər ağrılı-acılı olsa da,mili azadlıq mücadiləsinin şərəfli səhifəsi kimi əbədi olaraq tarixin yaddaşına əbədi həkk olunmuşdur.

    Tarix-Diyarşünaslıq Muzeyinin Direktoru Əntiqə Tağıyeva vurğuayb ki, Azərbaycanda suveren, demokratik dövlət yaratmaq amalı ilə ayağa qalxmış xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq, milli azadlıq hərəkatını boğmaq məqsədi ilə 1990-cı il yanvarın 20-də keçmiş sovet ordusunun hərbi hissələri paytaxt Bakıya və respublikanın bir neçə rayonuna yeridilmişdir. Xalqın haqq işinin müdafiəsi naminə küçələrə çıxmış dinc əhaliyə qarşı ağır cinayət törədilmiş, yüzlərlə insan yaralanmış, qəddarcasına qətlə yetirilmiş və itkin düşmüşdür.

    Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda şəhid olmuş 147 nəfrin xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 31 mart tarixli Fərmanı ilə Qanlı Yanvar faciəsi zamanı həlak olmuş Azərbaycan Respublikası vətəndaşları üçün “20 Yanvar şəhidi” fəxri adı təsis edilmişdir.

    Kitabxananın əməkdaşı Arzu Hüseynova və Muzeyin əməkdaşı əməkdaşı Sevinc Əliyeva diqqətə çatdırıblar ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı qətlə yetrilmiş həmvətənlərimizin əziz xatirəsi hər zaman yüksək izzət və ehtiramla yad edilir, şəhidlərimiz heç zaman unudulmur.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR