Masallı rayon Mərkəzi Kitabxanasında İkinci Qarabağ müharibəsi mövzusunda tədbir keçirilib.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Oktyabrın 8-də Masallı rayon Mərkəzi Kitabxanasında İkinci Qarabağ müharibəsi mövzusunda növbəti tədbir keçirilib. Tədbirdə mədəniyyət işçiləri iştirak edib.
Tədbirdə ilk çıxış edən Kitabxananın direktoru Əlhəddin Nəzərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi.
Sonra kitabxana kitabxana əməkdaşları Ağahüseyn Hüseyni, Gülər Piriyeva və Nahidə Fərəcova məruzə ilə çıxış ediblər.
Onlar Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü haqqında danışaraq, ordumuzun 44 gün ərzində döyüş meydanında gücünü göstərdiyini və qəhrəmanlıqla savaşaraq qələbə qazandığını bildiriblər.
Qeyd olunub ki, Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 8 noyabr şanlı tariximizə Zəfər günü kimi yazıldı.
Ülkər Piriyeva