Salyanda intihar hadisəsi baş verib.
Salyan şəhər 20 Yanvar küçəsində yaşayan 88 yaşlı Əliyev Ramiz Əkbər oğlu özünə ov tüfəngi ilə atəş açaraq intihar edib.
Bildirilir ki, uzun illər dəmiryolçu kimi çalışmış və maşinist vəzifəsində işləmiş Ramiz Əliyev xeyli vaxt imiş ki, tək yaşayırmış.
Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.