AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İcbari tibbi sığortanın əhatə dairəsinin genişləndirilməsi təklif edildi

  • + A
  • - A
  • 19-01-2022, 18:03

    İcbari tibbi sığortanın əhatə dairəsinin genişləndirilməsi təklif edildi

    Bu gün Milli Məclisin Səhiyyə komitəsi yaz sessiyasında ilk iclasını keçirib.

    İclasda bildirilib ki, bu sessiyada “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin müzakirəsi nəzərdə tutulub.

    Komitə iclasında çıxış edən deputatlar icbari tibbi sığortanın həyata keçirilməsində vətəndaş məmnunluğunun artırılması, icbari tibbi sığortanın əhatə dairəsinin genişləndirilməsi, dərman bazarının keyfiyyətinin və əlçatanlığının yaxşılaşdırılması, antibiotiklərdən qeyri-düzgün istifadənin nizamlanması, orqanların transplantasiyası kimi səhiyyənin aktual məsələləri ilə bağlı öz fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR