Rusiyanın xarici işlər naziri Sergey Lavrovla MDB ölkələrinin Rusiyadakı səfirləri arasında ənənəvi görüş keçirilib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.
Görüş zamanı MDB çərçivəsində 2021-ci ildəki çoxşaxəli əməkdaşlıqla bağlı yekunlar müzakirə edilib, gələcəklə bağlı MDB-də xarici siyasətin daha çox əlaqələndirilməsini əsas götürən başlıca vəzifələr müəyyənləşdirilib.
Görüşdə, həmçinin əsas beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.