Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandası adını dəyişib.
AzadMedia.az İTV-yə istinadən xəbər verir ki, festivalın ikinci turunda iştirak edəcək komandaların siyahısı KVN-in rəsmi saytında dərc olunub.
“Siyahıda Azərbaycan komandasının adı “Buta” olaraq qeyd edilib. Komanda adını dəyişmək qərarına gəlib”, - məlumatda bildirilib.
Qeyd olunub ki, komandanın rəhbəri ssenarist və prodüser Müşviq Abbasovla əlaqə saxlanılsa da, zəngə cavab verilməyib.
Vurğulanıb ki, məsələ barədə sabah ictimaiyyətə açıqlama verilməsi planlaşdırılır.