AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

General-mayor Həzi Aslanovun anım günüdür

  • + A
  • - A
  • 22-01-2022, 20:17

    General-mayor Həzi Aslanovun anım günüdür

    Bu gün iki dəfə Sovet İttifaqı Qəhrəmanı olan azərbaycanlı general-mayor Həzi Aslanovun doğum günüdür.

    Azadmedia.az xəbər verir ki, Həzi Aslanovun ölümündən 77 il keçir.

    Həzi Əhəd oğlu Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran rayonunun Gərmətük qəsəbəsində doğulub. İbtidai təhsilini şəhər 1 saylı orta məktəbində alıb. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə işləyib, sonra Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub.

    1929–cu ildə oranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sora Kotovsk adına III Bessarabiya süvari diviziyasında taqım komandiri kimi fəaliyyətə başlayıb.
    1945–ci il yanvarın 24-də Həzi Aslanov Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə qəhrəmancasına həlak olub. Həzi Aslanovun qəbri Bakıda Şəhidlər xiyabanındadır.

    Mükafatları
    Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 “Qırmızı bayraq” ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 “Qırmızı ulduz” ordeni və medallarla təltif olunub.

    1944-cü ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneçilik törədib. Bu ədalətsizlik ölümündən 47 il sonra, 1991-ci ildə ona ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilməklə aradan qalxıb.

    1969–cu ildə Həzi Aslanovun Lənkəranda ev-muzeyi açılıb, 1983–cü il 8 mayda Lənkəran şəhərinin mərkəzində boyük heykəli qoyulub. Bakıdakı küçələrdən və metrostansiyalardan biri Həzi Aslanovun adını daşıyır.

    Xalqımızın Ümummilli Lideri Heydər Əliyev vaxtilə böyük qürur və fərəh hissi ilə deyirdi: "Həzi Aslanov öz qəhrəmanlıq, cəsurluq nümunələri ilə Azərbaycan xalqını dünyada tanıtmış bir şəxsiyyətdir. Həm döyüşçü, həm sərkərdə, general, həm də vətənpərvər bir insan, Vətəninə sədaqətlə son nəfəsinə qədər döyüşmüş, həlak olmuş həmvətənimiz Həzi Aslanov bizim üçün daim əziz olub və gələcək nəsillər üçün də əziz olacaqdır."

    Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945-ci ildə Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə qəhrəmancasına həlak olub.

    Həzi Aslanovun qəbri Bakıda Şəhidlər Xiyabanındadır.
    Allah rəhmət eləsin!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR