Goranboy Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifədən azad edilib.
Azadmedia.az "Sputnik Azərbaycan"a istinadla xəbər verir ki, bununla bağlı Goranboy Rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev əmr imzalayıb. Əmrə əsasən, Sərdar İltifat oğlu Sadıqov tutduğu vəzifədən azad edilib. Həmin vəzifəyə hələ ki yeni təyinat olmayıb.
Sərdar Sadıqov Goranboy RİH-in Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə 2019-cu ilin sentyabr ayında təyinat alıb. Həmin vəzifəyə qədər o, rayon İcra Hakimiyyətində İnformasiya təminatı və təhlili sektorunun müdiri vəzifəsində çalışıb. Vəzifədən azad edilən məmurun atası İltifat Sadıqov Goranboy rayonu üzrə Maliyyə İdarəsinin rəisi vəzifəsini tutur.
Qeyd edək ki, hazırda Goranboy RİH-də başçının birinci müavini, Memarlıq və tikinti şöbəsi müdiri – baş memar vəzifələri vakantdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.