"Armen Sarkisyanın istefaya getdiyini elan etməsinə cəmi 3 saat qalmış bildim".
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində keçirilən onlayn mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ermənistan prezidenti istefa verməmişdən əvvəl Paşinyanla telefonla danışıb.
"Mən prezidentdən soruşdum ki, o, mənimlə məsələni müzakirə edir, yoxsa o, mənə qərar verdiyini xəbər verib? O, bu qərarı verdiyini bildirib. Həmin istefanı qeyd edirəm, motivlərin yetərli olub-olmaması ilə bağlı şərh verməyi məqsədəuyğun hesab etmirəm. Hər bir dövlət məmuru hansı arqumentlər əsasında belə qərarlar verəcəyinə qərar verir”, - Nikol Paşinyan bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.