Ermənistanı Rusiyaya birləşdirən yeganə magistral - Yuxarı Lars yolu güclü qar və yolların buz bağlaması səbəbindən bağlanıb.
Bu barədə Gürcüstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilir ki, yolların bağlanmasına görə, Ermənistandan yola çıxan iri tonnajlı 50 yük maşını Rusiya sərhədində qalıb.
Lars yolunun nə zaman açılacağı məlum deyil.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.