Dünən günorta saatlarında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər Şöbəsinin pəncərəsinə və vətəndaşa məxsus avtomobilə naməlum şəxs tərəfindən benzin tökülərək az bir hissəsi yandırılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Azadmedia.az-a açıqlamasında bildirib ki, məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən şəhər sakini, 2010-cu ildən psixiatriya xəstəxanasında qeydiyyatda olan ruhi-əsəb xəstəsi M. Ə. Yevlax rayonu ərazisində saxlanılaraq şöbəyə gətirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.