AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu videoya görə müəllimə töhmət verildi, şagirdlər üzr istədi

  • + A
  • - A
  • 26-01-2022, 14:58

    Bu videoya görə müəllimə töhmət verildi, şagirdlər üzr istədi

    Bakıda şagirdlərin sinifdə qeyri-etik davranışlarını əks etdirən videogörüntü ilə bağlı araşdırma yekunlaşıb.

    AzadMedia.az xəbər verir ki, 165 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı məktəb rəhbərliyi tərəfindən araşdırma aparılıb, dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib.

    Məktəbin direktor müavinləri ilə bağlı tənbeh tədbirləri görülməsi üçün isə təqdimat verilib. Həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən valideyn və şagirdlərin izahatları alınıb. Üzrxahlıq edən şagirdlər bir daha belə hallara yol verməyəcəklərini bildiriblər. Şagirdlər müvafiq qaydada profilaktik tədbirlər görülməsi üçün qeydiyyata götürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR