AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vəfat edən şəxsin pensiya kapitalının taleyi müzakirə edildi

  • + A
  • - A
  • 26-01-2022, 19:02

    Vəfat edən şəxsin pensiya kapitalının taleyi müzakirə edildi

    Milli Məclisdə “Əmək pensiyaları sahəsində aparılan islahatlar: nəticələr, çətinliklər və perspektivlər” mövzusunda dinləmə keçiriləcək.

    Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu gün keçirilən iclasda deyib.

    O bildirib ki, komitənin 2022-ci ilin yaz sessiyası dövrünə dair iş planına “Məşğulluq haqqında” qanuna əlavə və dəyişiklik edilməsi məsələsi salınıb. Həmçinin “Tütün istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun icrası vəziyyəti barədə dinləmələrin keçirilməsi nəzərdə tutulub.

    Qarşıdakı sessiyada iş planı ilə bağlı fikirlərini bildirən komitə üzvləri dinləmələrin problemlərin ortaya çıxarılması və həlli yollarının axtarılmasında əhəmiyyətini vurğulayıblar, pandemiyanın məşğulluğa təsiri, qeyri-formal əmək münasibətlərinin rəsmiləşdirilməsi, şəxs vəfat edərkən onun pensiya kapitalının taleyi, əlillik və əlilliyin təyinatı məsələləri ilə bağlı rəylərini səsləndiriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR