AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NASA bu suala cavab tapanlara 1 milyon dollar mükafat verəcək - ÖZƏL

  • + A
  • - A
  • 27-01-2022, 13:53

    NASA bu suala cavab tapanlara 1 milyon dollar mükafat verəcək - ÖZƏL

    Azadmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) 1 milyon dollar mükafatla müsabiqəyə başlayıb. NASA dərin kosmos missiyalarında olan astronavtlara minimum resurslarla maksimum yeməklə necə təmin oluna biləcəyinə cavab axtarır.

    Belə ki, sosial media bir neçə gündür ki, NASA-nın maraqlı açıqlamasından danışır. Çünki NASA rəsmi hesabında üç mərhələli Deep Space Food Challenge başlatdığını açıqladı. Deep Space Food Challenge çərçivəsində NASA bir suala cavab axtarır; Kosmosda astronavtları necə qidalandıra bilərik?

    Qurum bu suala cavab tapan şəxsə və ya komandaya 1 milyon dollar mükafat verəcəyini bildirir. Bu kontekstdə, üç illik dərin kosmos missiyasına gedən 4 nəfərlik ekipaj üçün texnologiyanın hazırlanması tələb olunur.

    Mükafatı qazanmaq üçün ən vacib meyar sözügedən texnologiyanı minimum resurslar və tullantılarla hazırlamaqdır. Bununla belə, pul mükafatını yalnız ABŞ vətəndaşları ala bilər. NASA artıq 18 ABŞ komandasına ümumilikdə 450 min dollar mükafat verib.
    Müsabiqənin ikinci mərhələsində texnologiyaların prototiplərinin tətbiqi və qida istehsalına başlanması tələb olunur.

    Bu sahədə araşdırmalara böyük əhəmiyyət verdiklərinin vurğulayan NASA rəsmisi Jim Reuter mövzu ilə bağlı bu dəyərləndirmə edib; Qida texnologiyasının sərhədlərini zorlamaq gələcək tədqiqatçıların sağlamlığını qorumağa kömək edəcək.

    Qeyd edək ki, İkinci mərhələdə iştirak üçün son tarix fevralın 28-dir.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR