Yeni Azərbaycan Partiyasının (YAP) işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışla bağlı hədəfləri açıqlanıb.
Bu, partiyanın proqramında əksini tapıb.
Ermənistanın hərbi təcavüzü nəticəsində öz ata-baba yurdlarından köçkün düşən insanların doğma torpaqlarına qayıdışının təmin edilməsi sahəsində YAP-ın hədəfləri aşağıdakılardır:
- Layiqli yaşayışın bərpası üçün işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işlərinin aparılması;
- Bu ərazilərin ölkənin ən abad guşələrindən birinə çevrilməsi;
- Bu ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsi;
- Regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması;
- Regionun sürətli iqtisadi inkişafının təmin olunması üçün stimullaşdırıcı tədbirlərin görülməsi;
- “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanması və həyata keçirilməsi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.