Ankarada səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında görüş olub.
Əvvəlcə Z.Həsənovun rəsmi qarşılanma mərasimi keçirilib.
Onu türkiyəli həmkarı H.Akar özü qarşılayıb. Z.Həsənov Türkiyə Milli Müdafiə Nazirliyinin Xatirə kitabını imzalayıb.
Sonra iki ölkənin müdafiə nazirlər arasında təkbətək görüş keçirilib.
Daha sonra görüş iki ölkənin nümayəndələrinin birgə iştirakı ilə davam etdirilib.
Görüşdə ikitərəfli və regional müdafiə, təhlükəsizlik məsələləri və müdafiə sənayesi sahəsində birgə əməkdaşlıq müzakirə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.