Fevralın 2-də Milli Məclisin sədri Sahibə Qafarova Latviya Respublikasına rəsmi səfəri çərçivəsində Riqada Latviya Milli İncəsənət Muzeyində olub.
Azərbaycan parlament nümayəndə heyətinin üzvləri muzeylə tanış olublar.
Sonra spiker Sahibə Qafarova qonaqlar kitabını imzalayıb.
* * *
Sonra Milli Məclisin nümayəndə heyəti Latviya Milli Kitabxanasında olub.
Kitabxana ilə tanışlıqdan sonra spiker Sahibə Qafarova qonaqlar kitabını imzalayıb. Milli Məclisin sədri Azərbaycan tarixi, mədəniyyəti haqqında, həmçinin ölkəmizin böyük ədəbi xadimlərinin kitablarını kitabxanaya hədiyyə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.