Ermənistan Baş naziri Nikol Paşinyan mart ayında Türkiyəyə səfər edəcək.
Bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oqtay deyib.
"A Haber"ə açıqlamasında Türkiyə-Ermənistan münasibətlərinə də toxunan Fuat Oktayın sözlərinə görə, Nikol Paşinyanın Türkiyəyə səfəri gələn ay baş tutacaq.
“Qarabağda işğala son qoyulması regionda sülhün açarı oldu. Ermənistanın Baş naziri Antalyaya Diplomatiya Forumuna gələcək”, - deyə Fuat Oktay vurğulayıb.
Türkiyənin vitse-prezidenti vurğulayıb ki, Türkiyə ilə Ermənistan arasında xüsusi nümayəndələr təyin olunub, qarşılıqlı müsbət mesajlar verilib. Rəsmi Ankara bu prosesin sürətlənməsini istəyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.