Koronavirusun yayılması getdikcə aşağı düşəcək, amma xəstəlik yoxa çıxmayacaq.
AzadMedia.az Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı virusoloq Anatoli Alşteyn deyib.
"Dünyada kifayət qədər peyvənd olunmuş insanlar var, çoxlu sayda peyvəndlər yaradılıb və bir çox insan xəstəliyi keçirib. Nəticədə virusla bağlı proqnozlar zəifdir", - virusoloq bildirib.
Onun sözlərinə görə, buna baxmayaraq, koronavirus insanları tərk etməyəcək:
"Koronavirus qalacaq. Biz immunlaşmağa davam edəcəyik, amma xəstəlik artıq pandemiya səviyyəsində olmayacaq. Normal həyat olacaq, amma bu virusla biz uzun müddət məşğul olacağıq".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.