AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin sədri nümayəndə heyəti ilə Estoniyaya rəsmi səfərə gedib

  • + A
  • - A
  • 7-02-2022, 08:00

    Milli Məclisin sədri nümayəndə heyəti ilə Estoniyaya rəsmi səfərə gedib


    Fevralın 6-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Estoniya Respublikasına rəsmi səfərə gedib.

    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nümayəndə heyətini Tallinn Lennart Meri hava limanında Estoniyanın Azərbaycandakı səfiri xanım Anneli Kolk, ölkəmizin Estoniyadakı səfiri Anar Məhərrəmov və digər rəsmi şəxslər qarşılayıblar.

    Səfər çərçivəsində Milli Məclis sədrinin Estoniya Respublikasının Prezidenti, parlamentin sədri və ölkənin digər rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR