AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Martda məktəblər yenidən distant təhsilə keçəcək? - AÇIQLAMA

  • + A
  • - A
  • 7-02-2022, 17:07

    Martda məktəblər yenidən distant təhsilə keçəcək? - AÇIQLAMA

    Son günlər koronavirusa yoluxmada ciddi artım qeydə alınır. Bəzi mütəxəssislər bu sayın mart ayında daha çox olacağını bildirir və bunu yaz aylarında infeksion xəstəliklərin artması ilə əlaqələndirirlər. Digər tərəfdən, mövcud durum xüsusilə valideynlərin narahatlığına səbəb olub. Hazırda gündəmdə olan əsas məsələlərdən biri məktəblərin bağlanıb-bağlanmayacağı ilə əlaqəlidir.

    Bununla əlaqəli Sfera.az-a açıqlama verən təhsil üzrə ekspert Elşən Qafarov deyib ki, yoluxma sayının artımı reallıqdır və bu dövr, xüsusilə də fevral ayı infeksion xəstəliklərin yayılması üçün münbit zamandır:

    "Amma artıq keçən ilki vaxt deyil. Ölkə əhalisinin böyük bir hissəsi, o cümlədən təhsil işçiləri, müəllimlər, valideynlərin demək olar hamısı vaksinasiya prosesindən keçiblər. Buna görə də düşünmürəm ki, tədrisin dayandırılmasına ehtiyac var. Bununla bağlı təbii ki, son qərarı Operativ Qərargah verəcək”.

    Ekspert xatırladıb ki, məktəblərdə müəllimlərin və şagirdlərin yoluxma halları da kifayət qədərdir:

    "Buna baxmayaraq, dərslərin dayandırılması məsələnin həlli yolu deyil. Bu səbəbdən ənənəvi tədris davam etməlidir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR