Daxili İşlər Nazirliyi İsmayıllı rayonunda məktəbdə baş verən qətllə bağlı açıqlama yayıb.
Mətbuat xidmətindən verilən məlumata görə, fevralın 11-də saat 9 radələrində Basqal qəsəbəsi ərazisində yerləşən tam orta məktəbin həyətində orada xadimə işləyən qəsəbə sakini Gülarə Qəhrəmanova öldürülüb.
İstintaq-əməliyyat tədbirləri ilə həmin məktəbin gözətçisi Bəxtiyar Əhmədlinin münaqişə zəminində G.Qəhrəmanovanı bıçaqla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə B.Əhmədli şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Faktla əlaqədar cinayət işi başlanılıb. İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.