Məhz bu tarixdən sonra girişinə yalnız vaksin sertifikatı ilə icazə verilən obyektlərin qapıları buster dozasını vurdurmayan vətəndaşların üzünə bağlanacaq
Buster dozanın vurulması üçün verilən son tarixə 3 gün qalıb.
fevralın 15-dən etibarən buster doza vaksin olunmayanların vaksin sertifakları etibarsız hesab olunacaq.
Məhz bu tarixdən sonra girişinə yalnız vaksin sertifikatı ilə icazə verilən obyektlərin qapıları buster dozasını vurdurmayan vətəndaşların üzünə bağlanacaq.
Son tarixə 3 gün vaxt qalsa da, hələ də buster doza vurdurmayanlar var. Bununla belə 3-cü dozanı vurduran kifayət qədər vətəndaş da var. Vətəndaşlar arasında ümumiyyətlə buster doza haqqında məlumatsız olanlar da var.
Həkim-infeksionist Könül İsmayılova insanlar arasında çaşqınlıq yaradan məsələyə aydınlıq gətirib. O qeyd edib ki, omikron ştamının sürətlə yayıldığı bu dönəmdə, insanlar öz təhlükəsizlikləri üçün buster doza peyvənd olunmalıdırlar.