Müdafiə Nazirliyində əməliyyat keçirilib, bir neçə vəzifəli şəxs həbs edilib.
AzadMedia.az "Trend"ə istinadən xəbər verir ki, nazirliyinin Maliyyə İdarəsinin rəisi polkovnik Rafael Xəlilov, Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayram Bayramov, "N" saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Sərkərov və nazirliyin zabiti Vüsal Əlizadə saxlanılıblar.
Saxlanılanlar barəsində istintaq orqanının təqdimatına baxılıb.
Bakı Hərbi Məhkəməsində təqdimat təmin edilib. Təqdimatlara hakim Elbəyi Allahverdiyev baxıb.
Təqsirləndirilən şəxslərin hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
***17:02
Azərbaycanın hüquq-mühafizə orqanları Müdafiə Nazirliyində iri maliyyə dələduzluğun üstünü açıb.
AzadMedia.az virtualaz.org-a istinadən xəbər verir ki, bununla bağlı Silahlı Qüvvələrin yüksək rütbəli zabitləri tutulub. Bakı Hərbi Məhkəməsinin qərarı ilə Azərbaycan Müdafiə Nazirliyinin Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayramov Bayram Xəlil oğlu həbs edilib. Bakı Hərbi Məhkəməsi bildirir ki, zabit 2 milyon 635 min manat pul mənimsəməkdə ittiham olunur.
Keçirilən əməliyyat tədbirləri nəticəsində Sərkərov adına hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Fazil oğlu da həbs edilib. Zabit 450 min manatı mənimsəməkdə ittiham olunur. Bundan başqa, Əlizadə Vüsal Ədalət oğlu məhkəmənin qərarı ilə həbs edilib. Zabit 1 milyon 800 min manat mənimsəməkdə ittiham olunur.
Bundan əvvəl Müdafiə Nazirliyinin maliyyə idarəsinin rəisi Rafael Xəlilovun həbsi ilə bağlı xəbər yayılmışdı. Zabit 10 milyon manatı mənimsəməkdə ittiham olunur.
xxx
14:43
Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində əməliyyat keçirib.
AzadMedia.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, nazirliyin Maliyyə İdarəsinin şöbə rəisi, polkovnik Xələfov saxlanılıb.
Dünən Səbail rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Polkovnik Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirləndirilir.
O, yarım milyon manatdan çox dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir.