Rusiya Dövlət Duması qondarma Donetsk və Luqansk Xalq Respublikalarının tanınması ilə bağlı ölkə Prezidenti Vladimir Putinə müraciəti qəbul edib.
Azadmedia.az “TASS”a istinadən xəbər verir ki, sözügedən müraciət layihəsi ölkənin Kommunist partiyası tərəfindən təklif edilib.
“Plenar iclasda Donetsk və Luqansk Xalq Respublikalarının müstəqil, suveren dövlətlər kimi tanınması məsələsini nəzərdən keçirməklə bağlı deputatlar tərəfindən ölkə Prezidentinə müraciət göndərilməsi barədə qərar qəbul edilib”, - deyə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz teleqram kanalında yazıb.
351 deputat sözügedən qərarın lehinə, 16 deputat əleyhinə səs verib. 1 millət vəkili isə səs verməyib.
Volodin, həmçinin qeyd edib ki, qərar tezliklə imzalanaraq Prezidentə göndəriləcək.